logo

Ermənistan Müdafiə Nazirliyi yalan məlumat yayır-MN

11:55 24-09-2022 | icon 798
Ermənistan Müdafiə Nazirliyi yalan məlumat yayır-MN

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən guya təxribat törədilməsi barədə yaydığı məlumat tamamilə yalandır və heç bir real əsası yoxdur.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya məlumat verilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik. Bildiririk ki, bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır”, – məlumatda qeyd edilib.