logo

Ceyhun Bayramov Nyu-Yorkda pakistanlı həmkarı ilə görüşüb

09:59 24-09-2022 | icon 1351
Ceyhun Bayramov Nyu-Yorkda pakistanlı həmkarı ilə görüşüb

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov özünün "Twitter" hesabında məlumat paylaşıb.

“BMT Baş Assambleyası çərçivəsində qardaş Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşməkdən çox şadam. Əminəm ki, ölkələrimiz arasında strateji əlaqələr və əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir. Sarsılmaz və güclü dəstəyə görə təşəkkür edirik!”, - C.Bayramov qeyd edib.