logo

İran, Rusiya və Çin birgə hərbi təlim keçirəcəklər

11:33 23-09-2022 | icon 1771
İran, Rusiya və Çin birgə hərbi təlim keçirəcəklər

İran, Rusiya və Çinin hərbi dəniz qüvvələri qarşıdakı payız ayında birgə hərbi təlim keçirəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Baqeri deyib. Jurnalistlərin suallarını cavablandıran general-polkovnik bildirib ki, təlimlər Hind okeanının cənubunda 17 min kvadratkilometr ərazidə keçiriləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, hərbi helikopter və təyyarələr də cəlb olunacaq. Təlim zamanı düşmən hücumunun qarşısının birgə alınması taktikası məşq ediləcək.

Nəzərə çatdıraq ki, cari ilin yanvar ayında hər üç dövlətin hərbi dəniz qüvvələri “Dəniz təhlükəsizlik kəməri” devizi altında hərbi təlim keçiriblər.