logo

Rumıniya da Azərbaycandan qaz almağa hazırlaşır

18:08 22-09-2022 | icon 994
Rumıniya da Azərbaycandan qaz almağa hazırlaşır

Biz qaz müharibəsinin ortasındayıq. Bu müharibə ötən il başlayıb və biz problemi nəzarət altında saxlamalıyıq.

YeniAvropa xəbər verir ki, bu sözləri Rumıniyanın energetika naziri Virgil Daniel Popesku deyib.

O bildirib ki, ölkə əhalisinin əksəriyyəti iqtisadi baxımdan çıxılmaz vəziyyətdədir. Qazın qiymətinin onların ödəmə qabiliyyətindən çox yüksək həddə olması qış ayları ilə bağlı narahatlıq yaradır. Hazırda Rumıniya ölkənin qaz istehlakının cəmi 90 faizini təmin edir, qalan hissəsini isə Azərbaycandan idxal etmək niyyətindədir, lakin hələ ki, bununla bağlı imzalanmış müqavilə yoxdur.

Nazir diqqətə çatdırıb ki, bu gün Rumıniyada qaz yataqlarının 80 faizi doludur, lakin bu, problemi həll etmir. Başqa ölkədən qaz idxal etmək üçün tranzit sazişləri lazımdır. Bununla bağlı işlər görülür.