logo

Şimali Koreya Rusiyaya silah verir?

15:15 22-09-2022 | icon 987
Şimali Koreya Rusiyaya silah verir?

Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiyaya silah və hərbi sursat göndərməsi barədə iddiaları rədd edib.

 YeniAvropa xəbər verir ki, Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkənin Milli Müdafiə Nazirliyinə istinadla bu barədə məlumat yayıb.

Agentlik bu iddiaları ABŞ-ın rəsmi Pxenyanın imicini ləkələmək cəhdi kimi dəyərləndirib və Vaşinqtona “ağzını bağlı saxla” xəbərdarlığı edib.

“Biz heç vaxt Rusiyaya silah və hərbi sursat ixrac etməmişik və belə bir planımız yoxdur”, – deyə Şimali Koreyanın Milli Müdafiə Nazirliyinin təchizat idarəsinin rəis müavini agentliyə açıqlama verib.

Qeyd edək ki, bir müddət əvvəl bəzi media orqanları Ukrayna müharibəsi ilə əlaqədar silah çatışmazlığı yaşayan Rusiyanın Şimali Koreyadan silah və sursat aldığını iddia edən xəbərlər yaymışdı. Sentyabrın əvvəlində isə ABŞ Dövlət Departamentinin mətbuat katibi Rusiyanın Şimali Koreyadan milyonlarla raket və mərmi almaq üçün prosesə başlamış ola biləcəyi barədə açıqlama vermişdi.