logo

Ukrayna limanlarından indiyədək taxıl yüklü 192 gəmi yola salınıb

14:12 22-09-2022 | icon 861
Ukrayna limanlarından indiyədək taxıl yüklü 192 gəmi yola salınıb

“Taxıl təşəbbüsü” çərçivəsində Ukrayna limanlarından indiyədək 192 gəmi yola çıxıb.

 YeniAvropa "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidməti feysbukda məlumat yayıb. Məlumata görə, avqustun 1-dən bəri Asiya, Afrika və Avropa ölkələrinə dəniz yolu ilə ümumilikdə 4,38 milyon kənd təsərrüfatı məhsulu ixrac edilib.

Sentyabrın 22-də Odessa limanlarından Asiya və Avropa ölkələri üçün nəzərdə tutulan 107,5 min ton məhsul yüklənmiş daha 7 gəmi çıxıb.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə, Rusiya və BMT arasında imzalanan sazişə əsasən, ixrac üçün nəzərdə tutulan taxılın daşınması üçün Odessanın üç limanı blokadadan çıxarılıb. Ukraynadan ərzaq məhsulları daşıyan ilk gəmi avqustun 1-də yola salınıb.