logo

Ankara Rusiyanın Ukrayna ərazisində "referendum" cəhdini pisləyib

23:28 21-09-2022 | icon 1757
Ankara Rusiyanın Ukrayna ərazisində "referendum" cəhdini pisləyib

Türkiyənin Xarici İşlər Nazirliyi(XİN) Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində "referendum"un keçirilməsi cəhdlərini pisləyən bəyanat yayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Bildirilib ki, Türkiyə, Ukraynanın Rusiya nəzarətində olan ərazilərində "referendum"un keçirilməsi cəhdlərindən narahatdır:

"Belə qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, diplomatik prosesin canlandırılması səyləri çətinləşdirəcək və qeyri-sabitliyi dərinləşdirəcək. Fürsətdən istifadə edərək, 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra vurğuladığımız Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha bildirir və davam edən müharibənin dinc yolla həllinə hər cür lazımi töhfə verməyə hazır olduğumuzu bir daha bildiririk" - bəyanatda qeyd olunub.