logo

Türkiyədə yanğınsöndürən helikopter qəzaya uğrayıb

18:31 21-09-2022 | icon 1680
Türkiyədə yanğınsöndürən helikopter qəzaya uğrayıb

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda meşə yanğınının söndürməsi işlərinə dəstək vermək üçün Kastamonudan hərəkət edən helikopter qəzaya uğrayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hadisə Dənizlinin Çardak rayonu yaxınlığında baş verib.

Türkiyənin Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı verilən açıqlamada qəza nəticəsində heyət üzvlərindən ikisinin öldüyü, beşinin isə yaralandığı bildirilir.

Dənizli Valiliyindən qəzanın yerli vaxtla saat 16:10 radələrində meydana gəldiyi bildirilir. Dərhal hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.