logo

Milli Məclisin deputatı ATƏT PA-nın seminarında iştirak edəcək

17:57 21-09-2022 | icon 994
Milli Məclisin deputatı ATƏT PA-nın seminarında iştirak edəcək

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev sentyabrın 22-də Finlandiya Respublikasının Helsinki şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, azərbaycanlı deputat burada ATƏT PA-nın "Helsinki+50" təşəbbüsü çərçivəsində “Dəyişən Avropa təhlükəsizlik arxitekturasında ATƏT və ATƏT PA-nın rolu” mövzusunda keçirilən seminarında iştirak edəcək.

Səfər sentyabrın 24-də başa çatacaq.