logo

Putinin səfərbərlik haqda fərmanının 1 bəndi məxfi saxlanılır

15:11 21-09-2022 | icon 2149
Putinin səfərbərlik haqda fərmanının 1 bəndi məxfi saxlanılır

Rusiyada hərbi səfərbərlik haqqında prezident fərmanının 7-ci bəndi məxfidir və bu bəndin məzmunu açıqlanmayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.

Qeyd edək ki, Fərmanda 6-cı bənddən sonra dərhal 8-ci bənd əksini tapıb. D.Peskovun sözlərinə görə, 7-ci bənddə səfərbərliyə cəlb olunan şəxslərin sayından söhbət gedir və bu bənd xidməti istifadə üçündür.

O, həmçinin səfərbərliyə cəlb olunması nəzərdə tutulan 300 min nəfərin eyni vaxtda hərbi xidmətə çağırılmayacağını da qeyd edib.

Kremlin sözçüsü ölkədə qismən səfərbərliyin müddəti barədə danışmaqdan yayınaraq, fərmanda səfərbərlik müddətindən söz getmədiyini bildirib.

D.Peskov hansı şəxslərin səfərbərliyə cəlb olunmayacağı barədə əlavə məlumat veriləcəyini və bu qismin hökumət tərəfindən müəyyən olunacağını diqqətə çatdırıb. O, habelə səfərbərliyə cəlb olunması gözlənilən şəxslər üçün sərhədlərin bağlanacağı barədə suala cavabında “bir qədər gözləməyi” təklif edib.