logo

Mikayıl Cabbarov 8 ayda ÜDM-in 5,8 % artdığını deyir

12:57 21-09-2022 | icon 1575
Mikayıl Cabbarov 8 ayda ÜDM-in 5,8 % artdığını deyir

Bu ilin yanvar-avqust aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artaraq 84 milyard 880,4 milyon manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,3 faiz artaraq 43 milyard 303,5 milyon manat olub.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-avqust aylarına nisbətən cəmi 5,7 faiz artmışdı.