logo

Ermənilərin Laçında basdırdıqları daha 90 mina zərərsizləşdirilib

11:11 21-09-2022 | icon 1239
Ermənilərin Laçında basdırdıqları daha 90 mina zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirir.