logo

"Azərkosmos" Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb

13:13 20-09-2022 | icon 1589
"Azərkosmos" Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərkosmos" və Türkiyənin Kosmik Agentliyi arasında kosmik sahədə Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, imzalanma mərasimi Parisdə Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilib.

Memorandum Yerin məsafədən müşahidəsini və texnologiyanın inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsini, kosmik sahə üzrə kommersiya və təhsil imkanlarını dəyərləndirmək üçün qarşılıqlı fayda gətirən təcrübə və bilik mübadiləsi proqramlarının genişləndirilməsini nəzərdə tutur.

Sənəd "Azərkosmos" və Türkiyə Kosmik Agentliyinin beynəlxalq kosmik layihələrdə birgə fəaliyyətinə, yerli kosmik ekosistemin, kosmik elm və digər sahələrin inkişafında fəal əməkdaşlığına yol açacaq.