logo

Qazaxıstan paytaxtının adı 6-cı dəfə dəyişdirilərək yenidən Astana oldu

10:30 19-09-2022 | icon 2051
Qazaxıstan paytaxtının adı 6-cı dəfə dəyişdirilərək yenidən Astana oldu

Qazaxıstan paytaxtına Astana adının qaytarılması ilə əlaqədar olaraq göstərici lövhələrin dəyişdirilməsinə başlanıb.

YeniAvropa  Qazaxıstan mediasına istinadla xəbər verir ki, “Kazavtojol” kompaniyasının məlumatına görə, bu günədək 100-ə yaxın informasiya pannosu dəyişdirilib.

“Paytaxtın adının dəyişdirilməsi ilə əlaqədar respublika əhəmiyyətli avtomobil yolları boyunca 467 məlumat lövhəsinin yenilənməsi planlaşdırılır”, - deyə kompaniyadan bildiriblər.

Qeyd edək ki, sentyabrın 17-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Nur-Sultan şəhərinin Astana adlandırılması barədə fərman imzalayıb. Bununla da şəhərin adı altıncı dəfə dəyişdirilib. 1830-cu ildə kazak qəsəbəsi olaraq əsası qoyulmuş şəhər əvvəlcə Akmolinsk, 1961-ci ildə isə Selinoqrad adlandırılıb. 1992-ci ildə ona Akmola adı verilib.

1997-ci ilin dekabrında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə paytaxt Almatıdan Akmolaya köçürülüb və şəhərin adı Astana (qazax dilindən tərcümədə - paytaxt) olaraq dəyişdirilib. 2019-cu ilin martında prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə ölkə paytaxtı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılıb.