logo

Pakistanla Azərbaycan bir bədəndə iki ürəkdir-Şahbaz Şərif

10:15 16-09-2022 | icon 3059
Pakistanla Azərbaycan bir bədəndə iki ürəkdir-Şahbaz Şərif

Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var.

YeniAvropa xəbər verir ki, bunu Pakistan İslam Respublikasının baş naziri Şahbaz Şərif Səmərqənddə Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşdə bildirib.

Baş nazir deyib: “Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik".

Şahbaz Şərif, həmçinin prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.