logo

Gələn il ölkənin müdafiə xərcləri 5,3 milyard manatdan artıq olacaq

19:22 15-09-2022 | icon 1225
Gələn il ölkənin müdafiə xərcləri 5,3 milyard manatdan artıq olacaq

Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 320,1 milyon manat proqnozlaşdırılır.

YeniAvropa xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair məlumatda bildirilir.

Bu, 2022-ci illə müqayisədə 235,3 milyon manat, yaxud 4,6 faiz çoxdur.