ABŞ Azərbaycana minaaxtaran itlər göndərəcək
Azərbaycan Minatəmizləmə Agentliyinin(ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarında minatəmizləmə sahəsində nəzərdə tutulmuş silsilə görüşləri davam edir.
YeniAvropa xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Marşal İrsi İnstitutu (MLI), Amerikanın Mina Məsləhət Qrupu (“Mines Advisory Group America”), Müdafiə Departamentinin Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi, Dünya Bankı, ABŞ Dövlət Departamenti və Nümayəndələr Palatasının rəhbər şəxsləri, eləcə də bir neçə aparıcı konqresmenləri ilə görüşləri keçirilib.
Nümayəndə heyətinin ABŞ Dövlət Departamenti, Nümayəndələr Palatasının rəhbər şəxsləri və konqresmenlərlə keçirilən görüşlərində işğaldan azad olunmuş ərazilərin partlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcud problemin bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr barədə məlumat verilib. Həmçinin görüşdə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə ABŞ-ın mövcud dəstəyinin artırılması məsələləri müzakirə edilib.
Marşal İrsi İnstitutu rəsmiləri ilə görüş zamanı minaaxtaran itlərin ianə edilməsində iki qurum arasındakı uzunmüddətli uğurlu əməkdaşlığın davam etdirilməsi üzrə müzakirələr aparılıb. Görüş əsnasında Azərbaycanda aparılan humanitar minatəmizləmə əməliyyatlarına dəstək məqsədilə MLI tərəfindən əlavə sayda xüsusi təlim keçmiş minaaxtaran itlərin göndərilməsi ilə bağlı razılıq əldə edilib. Təşkilat ANAMA ilə uzunmüddətli faydalı əməkdaşlıqdan məmnunluq ifadə edib.
Amerikanın Mina Məsləhət Qrupu nümayəndələri ilə görüşdə mövcud əməkdaşlığın genişləndirilməsi, o cümlədən yeni innovativ texnologiyaların və avadanlıqların Azərbaycanda sınaqdan keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin Dünya Bankında keçirdiyi görüş zamanı ANAMA-nın təqdir olunan təcrübəsinin digər zərərçəkən ölkələrdə istifadəsi, eləcə də Agentlik tərəfindən icra edilən minatəmizləmə əməliyyatlarına mümkün dəstəyin göstərilməsinə maraq ifadə edilib. Azərbaycanın bərpa və yenidənqurma sahəsində tədbiq etdiyi əlaqələndirmə və idarəetmə modeli ətraflı müzakirə edilərək, onun dinamik və səmərəli fəaliyyəti qeyd edilib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir