logo

Türkiyə səfirliyində Bakının işğalından azad olunmasının 104-cü ildönümü qeyd edilib

14:34 15-09-2022 | icon 1771
Türkiyə səfirliyində Bakının işğalından azad olunmasının 104-cü ildönümü qeyd edilib

Türkiyənin Azərbaycandakı səfirliyində Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. 

YeniAvropa xəbər verir ki, tədbirdə səfir Cahit Bağcı və diplomatik missiyanın nümayəndələri ilə yanaşı Şimali Kipr Türk Respublikasının(ŞKTR) Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Tevfik Ulual, Türk Dövlətləri Parlament Assambleyasının(TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatları və iş adamları iştirak ediblər.

Mərasimin başlanğıcında tədbirə qatılanlara əlamətdar günə həsr olunmuş sərgi nümayiş etdirilib. Sərgidə Osmanlı İmperiyasının hərb naziri və baş komandanı Ənvər Paşa və qardaşı - Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın portretləri nümayiş etdirilib.

Daha sonra qonaqlar çıxışları dinləmək üçün tədbir zalına keçiblər. Çıxışlardan öncə Türkiyənin Qurtuluş savaşının baş komandanı, Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürk və silahdaşları, həmçinin Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqə sükutla anılıb və Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. 

Tədbirin açılışını edən səfir Cahit Bağcı Qafqaz İslam Ordusunun Azərbaycan-Türkiyə qardaşlığındakı önəmli rolunu qeyd edib. Eyni zamanda sentyabrın 12-dən başlayaraq sərhəddəki təxribatlara toxunan diplomat Ermənistanın bu hərəkətini pisləyib. 

Daha sonra digər qonaqlar çıxış ediblər.