logo

 Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə gedib

12:33 15-09-2022 | icon 2226
 Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə gedib

Sentyabrın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Özbəkistana yola düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Türkiyə prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının 22-ci Dövlət Başçıları Sammitində iştirak edəcək. Prezident Ərdoğanın sentyabrın 16-da keçiriləcək Zirvə toplantısında çıxışı gözlənilir.

Səfər iki gün davam edəcək.

Qeyd edək ki, 2012-ci ildən bu yana Şanxay Əməkdaşlıq Təşkilatında “Dialoq tərəfdaşı” statusunu alan Türkiyə ilk dəfə prezident səviyyəsində Zirvə toplantılarında iştirak edəcək.