logo

Orduda kifayət qədər qan ehtiyatı var-Müdafiə Nazirliyi

09:34 15-09-2022 | icon 910
Orduda kifayət qədər qan ehtiyatı var-Müdafiə Nazirliyi

Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır. Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcək.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, -deyə açıqlamada qeyd edilib.