Dünya Bankı indiyədək Azərbaycanda 50-dən çox layihəni maliyyələşdirib
Bu il Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümüdür. Üç onillik ərzində əməkdaşlıq və tərəfdaşlığı qeyd etmək və Azərbaycanın gələcək inkişaf səylərini müzakirə etmək üçün Azərbaycan Hökuməti və Dünya Bankı inkişaf tərəfdaşları, özəl sektor, akademik dairələr və media ilə birlikdə “Azərbaycan: Dəyişən Qlobal İqtisadiyyatda artım perspektivləri” adlı forumda bir araya gəlib.
YeniAvropa xəbər verir ki, iştirakçılar yaranmaqda olan qlobal iqtisadi meyilləri və onların Azərbaycanın iqtisadi artıma təkan verməsi perspektivlərini müzakirə edirlər.
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde Bakıda keçirilən forumda bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bir qədər sonra 1992-ci ilin sentyabrında dünyanın ən iri çoxtərəfli inkişaf maliyyəsi təşkilatı olan Dünya Bankına üzv olub. Son 30 il ərzində Bank milli prioritetlərin və ehtiyacların dəstəklənməsi üçün geniş spektrli bilik mübadiləsi, potensialın yaradılması və texniki yardım fəaliyyəti ilə yanaşı 4,5 milyard ABŞ dollarından çox məbləğdə 50-dən artıq investisiya layihəsini maliyyələşdirib.
“Biz Azərbaycan xalqının həyatını daha da yaxşılaşdırmaq üçün Azərbaycanla tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik. Qlobal və regional miqyasda rəqabətədavamlı olmaq üçün Azərbaycan indi innovasiya, insan kapitalı, kommunikasiya bağlantıları və yaşıl inkişafın təklif etdiyi yeni artım drayverlərinə diqqət yetirməlidir”, - deyə A.Byerde vurğulayıb.
Mikayıl Cabbarov forum iştirakçılarını salamlayaraq Dünya Bankının Azərbaycandakı fəaliyyətindən danışıb.
Bildirib ki, Dünya Bankının Azərbaycana dəstəyi dövlət sektoru, maliyyə və özəl sektorun inkişafı, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, enerji, sosial müdafiə, təhsil və səhiyyə, nəqliyyat və bağlantılar və sair kimi bir çox sektorları əhatə edib.
Daha sonra forum panel iclaslarla davam edib.
İclasda Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Mərkəzi Bank mikromaliyyələşmə və qeyri-bank kredit təşkilatlarının inkişafına dair strategiya hazırlayır. Bu strategiya maliyyə xidmətlərinin inklüzivliyini artırmaq üçün planlaşdırılır və tezliklə layihənin tətbiq edilməsi nəzərdə tutulub.
O qeyd edib ki, Azərbaycanın maliyyə sənayesinin aktivlərinin ÜDM-ə nisbəti iyul ayının sonuna olan göstəriciyə əsasən 44,5 faiz təşkil edir və bu da oxşar ölkələrlə müqayisədə aşağı hesab olunur: “Bank sektoru maliyyə sənayesində dominantlıq edən sektordur və bütövlükdə maliyyə sektorunun 99,5 faizini təşkil edir. Biz 2023-2026-cı illər üzrə maliyyə sektorunun inkişafına dair strategiyanın həyata keçirilməsi ilə hesab edirik ki, maliyyə sektorunun maliyyə inklüzivliyi göstəricilərini daha da yaxşılaşdırmağa nail ola biləcəyik”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son 4 il ərzində əmək müqavilələrinin 30 faiz artdığını, 400 min yeni əmək müqaviləsinin imzalandığını diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, son 3 ildə 350 minə yaxın insan iş yerləri ilə təmin edilib. Həmçinin həssas təbəqədən olan şəxslər üçün Dünya Bankının dəstəyi ilə 55 min mikro və kiçik biznes yaradılıb.
“Hazırda əhalimiz çox cavandır. Təxminən 7 faizi ahıldır, 70 faizi iş qabiliyyətlidir. Tədqiqatlar 2050-ci ildə iş qabiliyyətli əhalinin payının dəyişməz qalacağını, amma ahıl əhalinin sayının artacağını göstərir. Buna görə də, sosial dəstək tədbirləri artırılmalıdır və sosial sığorta sistemimizi gücləndirməliyik. Əmək bazarı daha da strukturlaşdırılmalı, sosial sığorta ödənişlərinin yetərliliyi təmin edilməlidir ki, sosial ödənişləri tam dəstəkləsin”, - deyə S.Babayev əlavə edib.
Panel iclasda çıxış edən energetika naziri Pərviz Şahbazov isə Azərbaycanın enerji keçidinə hazırlıq səviyyəsini çox yüksək qiymətləndirib.
O bildirib ki, Azərbaycan bu enerji keçidi ilə bağlı konkret strategiyası olan ölkələrdən biridir. Enerji keçidinin maneəsiz həyata keçirilməsi üçün Azərbaycan bütün imkanlara malikdir. Ənənəvi neft və qaz hasil edən ölkə olaraq Azərbaycanın, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafına dair proqramları və niyyətləri var.
“Hesab edirəm ki, növbəti otuz ildə vacib missiyanı yerinə yetirəcəyik, özümüz və regional ölkələri, eyni zamanda, bütün digər tərəfdaşlar üçün enerji təhlükəsizliyini təmin edəcəyik. Biz bununla beynəlxalq və regional əməkdaşlığa öz töhfəmizi verəcəyik”, - deyə nazir vurğulayıb.
Sonda Azərbaycanla Dünya Bankı arasında 30 illik əməkdaşlığı əks etdirən poçt markası buraxılıb. Markanın basılması “Azərpoçt”un İdarə Heyətinin sədri Əfqan Cəlilov və Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl tərəfindən həyata keçirilib.
Qeyd edək ki, son 30 il ərzində Dünya Bankı öz resurslarını, biliyini və təcrübəsini milli məqsədlərə və Bankın yoxsulluğun aradan qaldırılması və ortaq rifahın təşviqi kimi qoşa məqsədlərə nail olmaq yolunda Azərbaycanın irəliləyişlərini dəstəkləmək üçün təmin edib. Dünya Bankı Qrupu öz iqtisadiyyatını şaxələndirməyə və inkişaf etdirməyə və yüksək gəlirli ölkə kimi öz potensialına nail olmağa səy göstərərkən Azərbaycana kömək etmək öhdəliyinə sadiq qalır.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir