logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 865 min nəfəri ötüb

17:07 14-09-2022 | icon 2954
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 865 min nəfəri ötüb

Sentyabrın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1613 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 567, ikinci doza vaksinlərin sayı 202, üç və daha çox doza vaksinlərin sayı 711, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 133-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 877 min 95, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 378 min 186, ikinci mərhələ üzrə 4 milyon 865 min 380, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 372 min 838, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 260 min 691-dir.