logo

Baş Prokurorluq Masallıda  qadının qətlə yetirilməsini təkzib edir

13:53 14-09-2022 | icon 1169
Baş Prokurorluq Masallıda  qadının qətlə yetirilməsini təkzib edir

Bəzi media qurumlarında, o cümlədən “qafqazinfo.az” saytında guya Masallı rayonunun Hacıtəpə kənd sakini 1953-cü il təvəllüdlü Sona Əzizovanın qətlə yetirilməsi ilə bağlı yalan məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidməti ilə hər hansı dəqiqləşdirmə aparılmadan dərc edilmiş həmin informasiya tərəfimizdən təkzib olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, sentyabrın 13-də saat 21 radələrində Masallı rayonunun Ərkivan qəsəbə sakini 1953-cü il təvəllüdlü Sona Əzizova ailə üzvləri ilə birlikdə yaşadığı evin həyətində ehtiyatsızlıqdan sürüşüb yıxılması nəticəsində yerdə olan şüşə qırıqlarının bədəninin müxtəlif hissələrinə girməsi nəticəsində xəsarətlər alıb, xəstəxanaya yerləşdirilməsinə baxmayaraq orada vəfat edib.

Araşdırma zamanı izahatları alınmış mərhumun ailə üzvləri faktı təsdiqləyib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma davam etdirilir.