logo

İlham Əliyev Azərbaycan xalqına başsağlığı verdi

21:22 13-09-2022 | icon 1169
İlham Əliyev Azərbaycan xalqına başsağlığı verdi

Prezident İlham Əliyev şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib.

YeniAvropa xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin qanı yerdə qalmadı!”.

file.+-0-3