logo

Həbs edilən Elçin Sadıqov vəkillə təmin olunub-Baş Prokurorluq

17:37 13-09-2022 | icon 1358
Həbs edilən Elçin Sadıqov vəkillə təmin olunub-Baş Prokurorluq

Azərbaycan Respublikasının Baş Prokurorluğu təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, bəzi media və sosial şəbəkə səhifələrində, o cümlədən "qafqazinfo.az" saytında təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bununla bağlı Baş Prokurorluq bildirir ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər - Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətlərlə təmin edilib.