logo

Bakıda Xəzərin hüquqi statusu üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib

16:36 13-09-2022 | icon 945
Bakıda Xəzərin hüquqi statusu üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib

Sentyabrın 12-13-də Bakı şəhərində Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik ediblər.

Görüşdə Azərbaycan Respublikasının və Türkmənistanın aidiyyəti nazirlik və qurumlarının nümayəndələri iştirak ediblər.

İclas zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan Respublikası ilə Türkmənistan arasında Saziş layihəsinin müddəaları müzakirə edilib.

Tərəflər Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.