logo

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

15:27 13-09-2022 | icon 2576
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 325 yoluxma faktı qeydə alınıb, 484 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 818 min 263 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 806 min 193 nəfər müalicə olunaraq sağalıb, 9 min 864 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 206 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 912, bu günə qədər isə ümumilikdə 7 milyon 199 min 753 test icra olunub