logo

"Qarabağ" - "Nant" oyununa artıq 21 min bilet satılıb

22:12 12-09-2022 | icon 1939
"Qarabağ" - "Nant" oyununa artıq 21 min bilet satılıb

Bakıda "Qarabağ" və Fransa "Nant"ı arasında keçiriləcək UEFA Avropa Liqasının G turunun II tur oyunu üçün satılmış biletlərin sayı açıqlanıb.

Klubdan YeniAvropa-ya bildirilib ki, bu gün satışa çıxarılan biletlərin artıq 21 000 ədədi alınıb.

Biletlərin qiyməti müvafiq olaraq 5 AZN, 20 AZN, 30 AZN, 75 AZN və 100 AZN təşkil edir.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.