logo

UEFA Gənclər Liqası: “Qəbələ” “Hayduk”a məğlub olub

21:51 12-09-2022 | icon 1785
UEFA Gənclər Liqası: “Qəbələ” “Hayduk”a məğlub olub

“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

YeniAvropa xəbər verir ki, komandamız birinci mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gəlib. “Poljud” stadionundakı görüş “Qəbələ”nin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.