logo

Son sutkada COVID-19-a qarşı vaksin vurulmayıb

16:56 12-09-2022 | icon 1596
Son sutkada COVID-19-a qarşı vaksin vurulmayıb

Sentyabrın 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 873 min 818, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 377 min 80, ikinci mərhələ üzrə 4 milyon 864 min 956, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 371 min 347, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 260 min 435-dir.