logo

Qırmızı Bazar istiqamətində atəş açmamışıq - Müdafiə Nazirliyi

13:13 12-09-2022 | icon 1204
Qırmızı Bazar istiqamətində atəş açmamışıq - Müdafiə Nazirliyi

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya məlumat verilib.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə Nazirlikdən bildirilib.