logo

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır

11:55 12-09-2022 | icon 812
"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəyə başlayır

"Qəbələ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə start verəcək.

YeniAvropa xəbər verir ki,  Zaur Hacıyevin baş məşqçi olduğu komanda I mərhələnin ilk oyununda Xorvatiyada "Hayduk"la üz-üzə gələcək.

"Polyud" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü David Smaytsın başçılıq etdiyi sloveniyalı hakimlər idarə edəcək.

Qeyd edək ki, cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.