logo

Sahibə Qafarova Tacikistanda rəsmi səfərdədir

09:09 12-09-2022 | icon 4627
Sahibə Qafarova Tacikistanda rəsmi səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Tacikistan Respublikasına rəsmi səfərdədir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, qrupun üzvləri Azər Badamov, Anatoliy Rafailov və digər rəsmi şəxslər daxildirlər.

Düşənbə Beynəlxalq Hava Limanında nümayəndə heyətini Tacikistan Ali Məclisi Milli Məclisi sədrinin birinci müavini Rajabbəy Ahmadzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın Tacikistan Ali Məclisinin yuxarı və aşağı palatalarının sədrləri və digər ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 12-də başa çatacaq.