SOCAR prezidenti “Neft Daşları”na səfər edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti “Neft Daşları”na səfər edib.
SOCAR-dan YeniAvropa-ya bildirilib ki, nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Sonra nümayəndə heyətinin üzvləri Ulu Öndərin adını daşıyan muzeyə baxıblar. Onlara Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar, habelə ictimai-siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablar haqqında ətraflı məlumat verilib.
Səfər zamanı görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən həlak olan neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi də ziyarət olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş neftçilərin abidə kompleksində qazilərlə görüş keçirilib.
“Neft Daşları”nın 30 illiyi şərəfinə ucaldılmış kompozisiya ilə tanış olan nümayəndə heyəti burada “Neft Daşları” NQÇİ-nin əməkdaşları ilə görüşüb. Görüşdə Rövşən Nəcəf əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən yeni neft strategiyamızın uğurla icra edilməsində Azərbaycan neftçilərinin müstəsna rola malik olduğunu vurğulayıb. Neftçi peşəsinin böyük əzmkarlıq və fədakarlıq tələb etdiyini deyən SOCAR prezidenti onları qarşıdan gələn “Neftçilər Günü” peşə bayramı münasibətilə təbrik edib. Daha sonra nümayəndə heyəti neftçilərin məişət şəraiti ilə maraqlanıb və onların qaldığı yataqxanaya baxış keçirib.
Nümayəndə heyəti, həmçinin “Neft Daşları”nda fəaliyyət göstərən bir sıra istehsalat obyektlərinin və “Neft Daşları” NQÇİ-nin Operativ İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.
Səfərin sonunda SOCAR-ın nümayəndə heyətinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib. Müşavirədə şirkətin uzunmüddətli strateji hədəflərindən bəhs olunub.
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 60-cı günü
Zelenski Londona səfər edib
Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası olub
BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfər edəcək
Bu gün Azərbaycanda 310 doza vaksin vurulub
Azərbaycanda daha 31 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 9 mini ötüb
Azərbaycanın tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb
"Bakcell" Türkiyəyə xüsusi telekommunikasiya avadanlığı göndərib
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
Dağlıq rayonlarda yollar buz bağlayacaq
“Papanin” və “Kubinka”da reyd: 13 narkotacir saxlanılıb
İlham Əliyev Türkiyə səfirliyinə gələrək başsağlığı verib
Türkiyədəki zəlzələ bölgəsindən 205 Azərbaycan vətəndaşı təxliyə edilib
“Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edildi
Azərbaycandan Türkiyəyə göndərilən yardımların STATİSTİKASI
Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb
Turizm üzrə regional idarələr yaradılır
İlham Əliyev görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib
Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım üçün ikinci əl əşyalar qəbul edilmir
Sabah paytaxtda qar yağacaq
FHN-in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb
Milli Məclisin sədri Misirin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Tovuzda ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Türkiyə millisinin iki voleybolçusu zəlzələdə həlak olub