logo

Qonşusunu iplə boğub öldürən paytaxt sakini tutulub 

12:52 10-09-2022 | icon 1428
Qonşusunu iplə boğub öldürən paytaxt sakini tutulub 

Sentyabrın 6-sı Sabunçu rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki,istintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.