Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin(UWW) konqresi keçirilib.
YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, iclasda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev, baş katibi Nəsimi Musayev və İcraiyyə Komitəsinin üzvü Vasif Məmmədov iştirak ediblər.
Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən UWW-nin İcraiyyə Komitəsinə seçkilər keçirilib. N.Əliyev növbəti dəfə ali qurumun Büro üzvü seçilib.
Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri qarşıdakı 6 ildə bu vəzifədə fəaliyyət göstərəcəklə