logo

Sabah dövlət qulluğuna test imtahanı keçiriləcək

11:33 10-09-2022 | icon 9121
Sabah dövlət qulluğuna test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi(DİM) sentyabrın 11-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Namizədlərin qeydiyyatı avqustun 11-dən sentyabrın 9-dək aparılıb və bu müddət ərzində 72 nəfər qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.