logo

Şarl Mişel Azərbaycanın humanist addımını təqdir edib

09:54 09-09-2022 | icon 5082
Şarl Mişel Azərbaycanın humanist addımını təqdir edib

Avropa İttifaqı(Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçisini qarşı tərəfə təhvil verməsini təqdir edib.

YeniAvropa xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçisini Bakı tərəfindən azad edilməsini alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib - bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir",- Ş.Mişel vurğulayıb.