Avropa İttifaqı Azərbaycan tərəfinin 5 erməni hərbçisini təhvil verməsini alqışlayır
Avropa İttifaqı(Aİ) Azərbaycan tərəfinin 5 erməni hərbçisini Ermənistana təhvil verməsini alqışlayır.
YeniAvropa xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün "Twitter" hesabında məlumat paylaşıb.
“Liderlərin avqustun 31-də Brüsseldəki görüşündən sonra Azərbaycan tərəfindən saxlanılan beş erməni hərbçisinin azad edilməsi ilə bağlı xəbərini alqışlayırıq. Bu, əhəmiyyətli humanitar jestdir və eyni zamanda təhvil-təslim prosesi olmadan bunun baş tutması isə diqqətəlayiqdir”,-deyə Klaar vurğulayıb.