logo

Parisdən Sinqapura uçan  təyyarə Bakıda təcili eniş etdi

09:09 09-09-2022 | icon 12880
Parisdən Sinqapura uçan  təyyarə Bakıda təcili eniş etdi

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

YeniAvropa  xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

"Singapore Airlines" aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

"Boeing B777" təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.

Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.