logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 376 min nəfərə çatır

18:58 08-09-2022 | icon 1799
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 376 min nəfərə çatır

Sentyabrın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1326 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 342, ikinci doza vaksinlərin sayı 181, üç və daha çox doza vaksinlərin sayı 692, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 111-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 869 min 566, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 375 min 998, ikinci mərhələ üzrə 4 milyon 864 min 394, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 369 min 143, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 260 min 31-dir.