logo

Ermənistanda orta məktəblərdə türk və Azərbaycan dilləri tədris olunacaq

17:27 08-09-2022 | icon 1771
Ermənistanda orta məktəblərdə türk və Azərbaycan dilləri tədris olunacaq

Qırx dörd günlük müharibədə azərbaycanlıların erməni dilini bir çox hallarda ləhcəsiz səviyyədə bilməsini döyüş meydanında gördük. Onlar öyrənmişdilər və indi də məktəblərdə öyrənirlər.

YeniAvropa erməni mediasına istinadla xəbər verir ki, bu sözləri sentyabrın 8-də jurnalistlərə açıqlamasında bu ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan deyib.

Erməni nazir bu sahədəki “boşluğu” doldurmaq istiqamətində “addımlar atıldığını” bildirərək qeyd edib: “Biz yuxarı siniflərdə seçmə fənn kimi türk və Azərbaycan dillərini təklif etmişdik. Məktəb direktorlarından biri ilə şagirdlərin təklifə reaksiyası barədə maraqlandım və o bildirdi ki, uşaqlar hər iki dili seçiblər”.

“Biz bu mühüm problemi həll etməyə hazır olmalıyıq”,- deyərək fikrini tamamlayan Dumanyan bu sahədə uğur qazanılacağına əmin olduğunu bildirib.

Xatırladaq ki, 44 günlük müharibədə Azərbaycan xüsusi təyinatlıları təkcə döyüş bacarığı ilə deyil, erməni hərbçilərinin içinə qədər gedib çıxan kəşfiyyat qrupları ilə də müharibənin ilk günlərində qarşı tərəfin şəxsi heyəti arasında çaxnaşma yarada bilmişdi.