logo

Cəlilabadda avtoqəzada iki qardaş ölüb

15:32 22-07-2018 | icon 3458
Cəlilabadda avtoqəzada iki qardaş ölüb

İyulun 22-də Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki,  “Mersedes” markalı minik avtomobilinin pomidor məhsulu yüklənmiş motosikletlə toqquşması nəticəsində Masallı rayonunun Köçərli kəndinin sakinləri Tural və Yalçın Mirzəyev qardaşları ağır bədən xəsarəti alıblar. Qardaşlar xəstəxanaya aparılarkən yolda keçiniblər.

Faktla bağlı araşdırma aparılır.