logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq, 26° isti olacaq

13:13 08-09-2022 | icon 1365
Sabah Bakıda qısamüddətli yağış yağacaq, 26° isti olacaq

Azərbaycanda sentyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20°, gündüz 24-27° isti, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 23-28° isti, dağlarda gecə 4-9°, gündüz 11-16° isti olacağı bildirilir.