logo

Putinin Ermənistana səfəri  təsdiqlənmir-Kreml

11:55 08-09-2022 | icon 1834
Putinin Ermənistana səfəri  təsdiqlənmir-Kreml

Kreml Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri barədə xəbərləri təsdiqləməyib.

YeniAvropa xəbər verir ki,  Rusiya Federasiyası prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə səfər barədə Kremldə heç bir məlumat olmadığını deyib.

Xatırladaq ki, noyabr ayında İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçiriləcək. Ermənistan XİN başçısı Ararat Mirzoyan V.Putinin İrəvana səfər edəcəyini bildirmişdi.

Y.Uşakov, həmçinin V.Putinin bu ilin sonunadək G20 liderlərinin İndoneziya sammitinə, Asiya-Sakit Okean İqtisadi Təşkilatının Kamboca forumuna, eləcə də Avrasiya İqtisadi Təşkilatının Bişkekdə keçiriləcək sammitinə qatılacağını bildirib.

Bundan əlavə, Y.Uşakovun sözlərinə görə, Rusiya prezidentinin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşünə hazırlıq gedir. Görüş Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri başçılarının sentyabrın 15-16-da Səmərqənddə baş tutacaq iclası çərçivəsində nəzərdə tutulub.