logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb

10:20 08-09-2022 | icon 707
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 99 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 67, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı altı fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb.