logo

Ermənilər Tovuz və Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub

09:29 08-09-2022 | icon 637
Ermənilər Tovuz və Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub

Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.