logo

Tbilisidə Azərbaycan-Gürcüstan Birgə Komissiyanın iclası keçiriləcək

17:17 07-09-2022 | icon 1253
Tbilisidə Azərbaycan-Gürcüstan Birgə Komissiyanın iclası keçiriləcək

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın növbəti iclasının bu il Tbilisidə keçirilməsi nəzərdə tutulub. İclas çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum təşkil olunacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri Nəriman Qurbanov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlər davam edir.

“Ölkələrimiz arasında uzun əsrlər davam edən dostluq münasibətləri var. İndi bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Post pandemiya dövründə bir neçə yüksək səviyyəli görüşlər həyata keçirilib. İnanırıq ki, Birgə Komissiyanın növbəti iclası ikitərəfli əlaqələrə, əməkdaşlığın inkişafına töhfə verəcək”, – deyə, N.Qurbanov vurğulayıb.