logo

Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb tikiləcək

15:11 07-09-2022 | icon 581
Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb tikiləcək

Prezident İlham Əliyev sentyabrın 7-də “Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.