logo

Sabah Bakıda arabir yağış yağacaq, 25° isti olacaq

13:13 07-09-2022 | icon 630
Sabah Bakıda arabir yağış yağacaq, 25° isti olacaq

Azərbaycanda sentyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 

YeniAvropa-ya verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19°, gündüz 22-26° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti olacaq.

Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 20-24° isti, dağlarda gecə 3-7°, gündüz 8-13° isti olacağı ehtimal edilir.